Əraqçi ŞƏT XİN başçıları toplantısında iştirak etmək üçün Qırğızıstana gedib
İranın xarici işlər naziri Abbas Əraqçi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana səfər edib.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib ki, ŞƏT beynəlxalq hüququ sarsıdan "aqressiv birtərəfli yanaşma" fonunda həqiqi çoxtərəfliliyin mühüm dayağı olaraq qalır.
Onun sözlərinə görə, Tehran ŞƏT-i beynəlxalq əməkdaşlığın və çoxtərəfli diplomatiyanın gücləndirilməsi baxımından vacib platforma hesab edir.
12:25 24.07.2026
Oxunuş sayı: 31