KİV: Zelenski gələn həftə ABŞ-yə səfər etməyi planlaşdırır
Ukrayna Prezidenti Volodimir Zelenskinin gələn həftə ABŞ-yə səfər etməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, "Deutsche Welle" bu barədə məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Zelenskinin ABŞ rəsmiləri ilə Ukraynadakı vəziyyət, hərbi yardım, təhlükəsizlik məsələləri və Rusiya ilə müharibənin gedişini müzakirə etməsi gözlənilir.
Səfərin dəqiq proqramı və keçiriləcək görüşlərlə bağlı rəsmi təfərrüatlar hələ açıqlanmayıb.
12:38 24.07.2026
Oxunuş sayı: 35