KİV: İran husilərə dəstək üçün Yəmənə hərbi qüvvə və texnika göndərib
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri, hərbi müşavirləri, eləcə də raket və pilotsuz uçuş aparatları ilə bağlı avadanlıqlar Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatına dəstək məqsədilə ölkəyə göndərilib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Agentliyin mənbələrə istinadən verdiyi məlumata görə, iyulun 13-də Tehrandan Yəmənə həyata keçirilən reyslə SEPAH şəxsi heyəti və hərbi texnika daşınıb.
Bildirilir ki, təyyarə əvvəlcə husilərin nəzarətində olan Səna şəhərinə enməli idi. Lakin Səna hava limanı Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinin qüvvələrinin hücumuna məruz qaldıqdan sonra reys Qırmızı dəniz sahilində yerləşən Hudeydə liman şəhərinə yönləndirilib.
"Reuters" qeyd edir ki, İranın husilərə göstərdiyi hərbi dəstək Tehranın Qırmızı dənizdə gəmiçiliyə təzyiq imkanlarını gücləndirmək niyyətindən xəbər verir.
10:45 24.07.2026
Oxunuş sayı: 32