Rusiya: Bir gecədə 571 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi son gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 571 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Rusiya Müdafiə Nazirliyi" bu barədə məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatları Belqorod, Bryansk, Vladimir, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Ryazan, Smolensk, Tver və Tula vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Rusiyanın ilhaq etdiyi Krım yarımadası, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində vurulub.
Nazirlik hücumların nəticələri və mümkün dağıntılar barədə əlavə məlumat verməyib.
10:33 24.07.2026
Oxunuş sayı: 36