İran tankeri ABŞ blokadasına meydan oxudu
İran mediası ABŞ tərəfindən tətbiq edildiyi iddia edilən dəniz blokadasına baxmayaraq, İrana məxsus neft tankerinin Oman körfəzinə daxil olduğunu yazıb.
Crossmedia.az xəbər verir ki, “Fars” agentliyinin məlumatına görə, İran neft tankeri beynəlxalq sulardan keçərək blokada zonasını nəzərə almayıb və marşrutunu davam etdirib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib. ABŞ isə bu iddialara dair hələlik rəsmi açıqlama yaymayıb.
23:50 23.07.2026
Oxunuş sayı: 21