Ukrayna hücumları nəticəsində Rusiyada 1 500-ə yaxın insan həlak olub
Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib ki, 2022-ci ildən bəri Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionlarına hücumları nəticəsində təxminən 1 500 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Bastrıkinin sözlərinə görə, həlak olanlar arasında 45 uşaq da var.
O qeyd edib ki, bu rəqəmlər Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionlarına endirdiyi zərbələr nəticəsində qeydə alınan itkilərə əsaslanır.
15:12 23.07.2026
Oxunuş sayı: 25