Rusiya XİN-i Lavrov və Rubionun görüşünün nəticələrini açıqlayıb
Rusiya Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbəri Sergey Lavrovla ABŞ dövlət katibi Mark Rubionun görüşünün nəticələri ilə bağlı açıqlama yayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Açıqlamada bildirilib ki, tərəflər xarici siyasət qurumları arasında əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu əlaqələrin iki ölkənin beynəlxalq təşkilatların fəaliyyətində iştirakı çərçivəsində də davam etdiriləcəyi qeyd olunub.
Rusiya XİN-in məlumatına görə, Lavrov görüş zamanı Moskvanın Ukraynadakı münaqişənin həllinə hazır olduğunu və Ankoricdə əldə olunmuş razılaşmalara sadiqliyini bir daha təsdiqləyib.
Bildirilib ki, Manilada keçirilən görüşdə tərəflər regional və beynəlxalq məsələləri, o cümlədən Fars körfəzindəki vəziyyəti də müzakirə ediblər.
13:04 23.07.2026
Oxunuş sayı: 29