SEPAH: Hörmüz boğazında tanker partlayıb
Hörmüz boğazında bir tanker partlayıb.
Crossmedia.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu barədə "Press TV"yə açıqlama verib.
SEPAH-ın məlumatına görə, üç tanker minalandığı iddia edilən cənub marşrutu ilə Hörmüz boğazından keçə bilməyib. Onlardan biri partlayaraq yanmağa başlayıb.
Bəyanatda qeyd olunub ki, tankerlərdən birində partlayış və yanğın baş verdikdən sonra digər iki gəmi sürətlə istiqamətini dəyişərək ərazidən uzaqlaşıb.
SEPAH həmçinin bildirib ki, İran Hörmüz boğazına nəzarət edir və ABŞ-ın regionda "təcavüzkar fəaliyyətləri" davam etdiyi müddətdə boğazın bağlı qalacağını iddia edib.
İran tərəfi əlavə edib ki, İranla razılaşdırılmadan bu su yolundan keçməyə cəhd edən istənilən gəmini eyni aqibət gözləyə bilər.
12:53 23.07.2026
Oxunuş sayı: 31