Bolqarıstan parlamenti ABŞ təyyarələrinin yerləşdirilməsinə razılıq verib
Bolqarıstan parlamenti ABŞ-yə məxsus hava yanacaqdoldurma təyyarələrinin Bezmer aviabazasında yerləşdirilməsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, qərar parlamentdə keçirilən səsvermədə 135 deputatın dəstəyi ilə qəbul olunub. 13 deputat əleyhinə səs verib, müxalifət partiyaları isə səsvermədə iştirak etməyiblər.
Qərar ABŞ hərbi aviasiyasının Bolqarıstan ərazisində fəaliyyət imkanlarının genişləndirilməsini nəzərdə tutur.
17:58 22.07.2026
Oxunuş sayı: 58