Lavrov: Rusiya İrana silah vermir
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın İrana silah tədarük etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Lavrov İrana mümkün silah tədarükü ilə bağlı yayılan məlumatları şərh edərkən belə iddiaları təkzib edib və bu cür söz-söhbətləri eşitməyin “narahatlıq doğurduğunu” bildirib.
“Biz istəyirik ki, bu dayansın. Bu, dünya iqtisadiyyatına təsir edir, Rusiya isə dünya iqtisadiyyatının bir hissəsidir”, – deyə Lavrov vurğulayıb.
Nazirin sözlərinə görə, hərbi əməliyyatların davam etməsi nə Vaşinqtonun, nə də Tehranın maraqlarına uyğundur.
14:48 22.07.2026
Oxunuş sayı: 48