Lavrov: Rusiya Qara dəniz və taxıl sazişinin bərpası ilə bağlı təklif almayıb
Rusiya Qara dəniz təşəbbüsünün və ya taxıl sazişinin yenidən bərpa olunması ilə bağlı heç bir təklif almayıb.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Filippində keçirilən ASEAN tədbirlərində iştirakı çərçivəsində açıqlamasında bildirib.
Lavrovun sözlərinə görə, BMT Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə həyata keçirilən bu mexanizmin təcrübəsi onun birtərəfli xarakter daşıdığını göstərib.
Rusiya XİN rəhbəri iddia edib ki, sazişin həyata keçirilməsi üçün tərəflər arasında razılaşdırılan prinsiplər yalnız Ukraynanın maraqları naminə yerinə yetirilib.
“Burada BMT nümayəndələri də çox xoşagəlməz rol oynadılar. Ona görə də bu təşəbbüsün bərpası ümumiyyətlə müzakirə olunmayıb”, – deyə Lavrov bildirib.
14:11 22.07.2026
Oxunuş sayı: 45