Lavrov və Rubio Ukrayna məsələsini müzakirə edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Lavrovun sözlərini “RIA Novosti” yayıb.
Rusiya XİN rəhbərinin sözlərinə görə, görüş cümə axşamı günün ilk yarısında baş tutacaq.
Lavrov bildirib ki, danışıqlar zamanı Rubiodan ABŞ-nin hazırda Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı tutduğu mövqeyi soruşacaq.
“O, həmçinin Ankoricdə keçirilən sammitin nəticələri barədə kifayət qədər ziddiyyətli fikirlər səsləndirib. İstənilən halda görüş faydalı olacaq. Sualları birbaşa vermək və cavab almaq daha yaxşıdır”, – deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya hesab edir ki, ABŞ hələlik Alyaskada keçirilən sammit zamanı Ukrayna ilə bağlı irəli sürdüyü təkliflərdən imtina etməyib.
13:41 22.07.2026
Oxunuş sayı: 56