Tramp: Netanyahu həbs olunmayacaq
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun həbs olunmayacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edən Donald Tramp bildirib.
Bu açıqlama Nyu-York meri Zöhran Məmdaninin Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün şəhərə gələcəyi təqdirdə onun saxlanılması imkanının hüquqşünaslarla müzakirə edildiyini deməsindən sonra səslənib. Məmdani qeyd edib ki, şəhər rəhbərliyi yalnız ABŞ qanunvericiliyi çərçivəsində hərəkət edə bilər.
Tramp isə paylaşımında Netanyahunun İrana qarşı mübarizə apardığını vurğulayaraq, "O, son 47 ildə amerikalı hərbçiləri və digər insanları öldürən İran İslam Respublikasına qarşı mübarizə aparır", - deyə bildirib.
16:32 21.07.2026
Oxunuş sayı: 54