ABŞ İordaniyadan növbəti tibbi təxliyə həyata keçirdi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III yük təyyarəsi İordaniyadan növbəti tibbi təxliyə missiyasını başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.
Bildirilib ki, bu, İranın ballistik raket hücumu nəticəsində ABŞ hərbçilərinin həlak olduğu və yaralandığı hadisədən sonra son üç gün ərzində İordaniyadan həyata keçirilən ikinci tibbi təxliyə missiyasıdır.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 7-dən bəri İranın hücumları zamanı yaralanmış təxminən 100 amerikalı hərbçinin 96 faizi yenidən xidmət yerlərinə qayıdıb.
Bununla yanaşı, nəşr qeyd edir ki, bu, ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdən Almaniyaya həyata keçirdiyi artıq beşinci tibbi təxliyə missiyasıdır. Bu isə Pentaqonun itkilərlə bağlı açıqladığı rəqəmlər və hələ də ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan hərbçilərin sayı ilə bağlı suallar yaradıb.
16:11 21.07.2026
Oxunuş sayı: 74