Rusiyada miqrantların deportasiyası üçün yeni əsaslar müəyyənləşdirilib
Rusiya Dövlət Duması miqrantların ölkədən çıxarılması üçün yeni əsasları nəzərdə tutan qanun layihəsini qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Qəbul edilən dəyişikliklərə əsasən, xarici vətəndaşlar insan hüquq və azadlıqlarını pozduqlarına, ayrı-seçkilik etdiklərinə, eləcə də sərhəddə hərbi qulluqçuların qanuni tələblərinə tabe olmadıqlarına görə deportasiya edilə biləcəklər.
İlkin layihədə deportasiyanı nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin maddələrinin sayının 22-dən 43-ə çatdırılması təklif olunsa da, qəbul edilən düzəlişlərlə bu rəqəm 45-ə yüksəlib.
14:41 21.07.2026
Oxunuş sayı: 68