SEPAH ABŞ-yə xəbərdarlıq etdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi İbrahim Zülfüqari ABŞ-yə və regiondakı müttəfiqlərinə sərt xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Zülfüqari bildirib ki, İran rəhbərliyinin və onların ailələrinin yaşadığı şəxsi iqamətgahlara zərbələr endirildikdən sonra ABŞ tərəfinin regiondakı liderləri də şəxsi iqamətgahlarında hədəfə çevriləcəklər.
Bu bəyanat ABŞ və İran arasında hərbi gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.
13:47 21.07.2026
Oxunuş sayı: 61