FTB direktorunun Rusiyaya səfəri gözlənilir
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patelin yaxın aylarda Rusiyaya səfər edəcəyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, Patelin oktyabrın 14-15-də Moskva və Sankt-Peterburqa səfər etməsi planlaşdırılır. Bununla belə, səfərin tarixində dəyişikliklərin ola biləcəyi qeyd edilir.
Səfərin məqsədi açıqlanmayıb. Həmçinin FTB direktorunun Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəzərdə tutulub-tutulmadığı da məlum deyil.
Ağ Ev və FTB hələlik yayılan məlumatlara münasibət bildirməyib.
13:31 21.07.2026
Oxunuş sayı: 61