Çin asteroidi Yer orbitindən yayındırmaq üçün kosmik sınaq keçirəcək
Çin Yer üçün potensial təhlükə yarada biləcək asteroidlərin trayektoriyasını dəyişmək məqsədilə unikal kosmik sınaq həyata keçirməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Məlumata görə, layihə çərçivəsində kosmik aparatın asteroidə nəzarətli şəkildə toqquşdurulması və bununla da onun hərəkət trayektoriyasının dəyişdirilməsi planlaşdırılır.
Bu missiyanın əsas məqsədi gələcəkdə Yerə yaxınlaşa biləcək asteroidlərə qarşı müdafiə texnologiyalarını sınaqdan keçirmək və planetar təhlükəsizlik sahəsində yeni imkanlar əldə etməkdir.
Mütəxəssislərin fikrincə, sınaq uğurlu olacağı təqdirdə Çin asteroidlərin istiqamətinin dəyişdirilməsi texnologiyasına malik ölkələr sırasına qoşulacaq.
13:54 21.07.2026
Oxunuş sayı: 73