Hindistan Rusiyaya etiraz notası verdi
Hindistan Qara dənizdə yük gəmisinə endirilən zərbə nəticəsində dörd hindistanlı dənizçinin həlak olmasından sonra Rusiyanın müvəqqəti işlər vəkili Vladimir Ladanovu Xarici İşlər Nazirliyinə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, etirazın səbəbi iyulun 20-də məlum olan hadisə olub. Ukraynanın Odessa limanından çıxan MV Golden Leo yük gəmisinə endirilən zərbə nəticəsində dörd Hindistan vətəndaşı həyatını itirib.
Bildirilir ki, gəminin heyəti Hindistan və Suriya vətəndaşlarından ibarət olub.
Hindistan tərəfi hadisə ilə bağlı Rusiyadan izahat tələb edib. Rusiya rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
12:43 21.07.2026
Oxunuş sayı: 54