İyulun əvvəlindən İranın zərbələrində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb
İyulun əvvəlindən etibarən İranın Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata görə, yaralanan hərbçilərin əksəriyyəti artıq müalicələrini başa vuraraq xidmətə qayıdıb.
Nəşr qeyd edir ki, tərəflər arasında qarşılıqlı zərbələrin davam etdiyi bir vaxtda vasitəçilər Vaşinqton və Tehrana 10 günlük atəşkəs təklif ediblər. Bu təşəbbüsün məqsədi gərginliyi azaltmaq və danışıqlar üçün şərait yaratmaqdır.
12:12 21.07.2026
Oxunuş sayı: 64