Peskov: Putin hələ də xokkey oynayır
Rusiya Prezidenti Vladimir Putin sıx iş qrafikinə baxmayaraq xokkey oynamağa davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, Putinin gərgin iş rejimi səbəbindən xokkey oynamağa çox vaxtı olmasa da, o bu idman növünü tamamilə dayandırmayıb.
"İş qrafikinin sıx olduğunu nəzərə alsaq, o, tez-tez oynamır, amma oynamağa davam edir", – deyə Kremlin sözçüsü qeyd edib.
12:17 21.07.2026
Oxunuş sayı: 51