Lavrov Filippinə səfər edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Filippinin paytaxtı Manilaya səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, Lavrov Manilada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) təşkil etdiyi tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində Rusiyanın xarici siyasət rəhbərinin ASEAN üzvü olan ölkələrin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi də gözlənilir.
12:03 21.07.2026
Oxunuş sayı: 55