SEPAH Bəhreyndəki "Amazon" məlumat mərkəzinə hücum edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana endirdiyi son zərbələrə cavab olaraq Bəhreyndə yerləşən ABŞ-ın "Amazon" şirkətinə məxsus məlumat mərkəzinə hücum həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.
SEPAH-ın bəyanatında bildirilir ki, hücum ABŞ-ın bazar ertəsi İranın cənub-qərbində tikilməkdə olan Darkhovin Atom Elektrik Stansiyasına endirdiyi zərbəyə cavab xarakteri daşıyıb.
Qurum hücumun hədəfinin Bəhreyndə yerləşən "Amazon" məlumat mərkəzi olduğunu iddia edib.
11:43 21.07.2026
Oxunuş sayı: 65