Məşhur aparıcı Oğuzhan Uğur həbs olundu
Türkiyənin tanınmış ssenaristi, aparıcısı və sosial media fenomeni Oğuzhan Uğur həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Oğuzhan Uğur barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hələlik onun hansı ittiham üzrə həbs edildiyi ilə bağlı rəsmi qurumlar tərəfindən ətraflı məlumat açıqlanmayıb.
Hadisə Türkiyə ictimaiyyətində geniş rezonans doğurub. Məsələ ilə bağlı rəsmi açıqlamaların veriləcəyi gözlənilir.
11:23 21.07.2026
Oxunuş sayı: 55