Özbəkistanda VIII əsrə aid ehtimal olunan hökmdar sarayı aşkarlanıb
Özbəkistanda aparılan arxeoloji qazıntılar zamanı VIII əsrə aid olduğu ehtimal edilən hökmdar sarayının qalıqları aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Özbəkistan Mədəni İrs Agentliyi" məlumat yayıb.
Məlumata görə, qazıntılar Səmərqənd vilayətində yerləşən Mingtəpə qədim yaşayış məskənində aparılıb. Arxeoloqlar burada eramızın VIII əsrinə aid olduğu güman edilən saray kompleksinin memarlıq qalıqlarını üzə çıxarıblar.
Qurumun bildirdiyinə görə, tapıntı bölgənin orta əsr tarixi və dövlətçilik ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda ərazidə arxeoloji tədqiqatlar davam etdirilir.
10:48 21.07.2026
Oxunuş sayı: 64