KİV: ABŞ-İran danışıqları davam edir, zərbələr dayanmayacaq
ABŞ və İran arasında danışıqlar davam etsə də, Vaşinqton hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ administrasiyası İranla diplomatik təmasları davam etdirir. Bununla yanaşı, Vaşinqton Prezidenti Donald Tramp zəruri hesab etdiyi müddət ərzində İrana qarşı hərbi zərbələrin davam etdirilməsi mövqeyini saxlayır.
Məlumata əsasən, ABŞ tərəfi diplomatik kanalların açıq qalmasını istisna etməsə də, hərbi təzyiq siyasətini paralel şəkildə davam etdirməyi planlaşdırır.
10:17 21.07.2026
Oxunuş sayı: 64