Fransa: İranda diplomatlarımıza qarşı zorakılıq edilib
Fransa Xarici İşlər Nazirliyi İranda ölkənin iki səfirlik əməkdaşının təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını və onlardan birinin fiziki zorakılığa məruz qaldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Fransanın xarici işlər naziri bildirib ki, diplomatlar heç bir hüquqi əsas olmadan bir neçə saat saxlanılıb və dindirilib. Onun sözlərinə görə, əməkdaşlardan biri fiziki zorakılığa məruz qalıb.
Nazir qeyd edib ki, diplomatlar sərbəst buraxıldıqdan sonra Fransanın Tehrandakı səfirliyinə qayıdıblar və yaxın vaxtlarda İranı tərk edəcəklər.
Fransa XİN başçısı baş verənləri diplomatik toxunulmazlığın kobud şəkildə pozulması kimi qiymətləndirib.
10:06 21.07.2026
Oxunuş sayı: 52