"Semaşko" xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA
Bəzi sosial şəbəkələrdə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə bağlı video yayılıb. Videoda plastik borulardan hazırlanan xərək (katalka) bir mənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində istifadə olunan təkərli xərək (katalka) xəstələrin maqnit-rezonans müayinəsi zamanı təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi olaraq plastik borulardan hazırlanıb.
Qeyd olunub ki, maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı xəstələrin təhlükəsiz şəkildə müayinə aparatına yerləşdirilməsi üçün maqnit sahəsinə reaksiya verməyən xüsusi katalkalardan istifadə olunur. Bu, dünya praktikasında da istifadə olunan, aşağı büdcəli və səmərəli həllərdən biridir.
Məhəbbət Tərlanoğlu
09:45 21.07.2026
Oxunuş sayı: 85