KİV: Vaşinqton itkilərin real sayını açıqlamır
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla qarşıdurma zamanı ABŞ qüvvələrinin itkiləri barədə məlumatların real miqyasını açıqlamır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The New York Times˝ yazıb.
Nəşrin iddiasına görə, son həftə ərzində İran hərbçiləri İordaniyadakı ABŞ obyektlərinə üç dəfə zərbə endirib. Hücumlar nəticəsində onlarla amerikalı hərbçinin xəsarət aldığı bildirilir, lakin Pentaqon əməliyyat təhlükəsizliyi səbəbi ilə bu məlumatları açıqlamayıb.
Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi İran ərazisinə endirilən zərbələrin sayını dərc etməyi dayandırıb. Bildirilir ki, bunun səbəbi Tehranın ABŞ əməliyyatlarına uyğunlaşmasının qarşısını almaqdır.
˝The New York Times˝ hesab edir ki, məlumatların məhdudlaşdırılması ABŞ itkilərinin rəsmi açıqlanan rəqəmlərdən daha çox ola biləcəyi ilə bağlı suallar yaradır.
00:01 21.07.2026
Oxunuş sayı: 58