Livanda ərazilərin təhvil prosesi başlayır
ABŞ Dövlət Departamenti Livanda üç pilot zonanın fəaliyyətə başladığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəyanatda qeyd olunub ki, İsrail Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülmüş ərazilərin Livan hakimiyyətinə təhvil verilməsi çərçivəsində əməliyyatlara başlanılıb.
Məlumata görə, proses Livanın cənubundakı Frun, Srifa və Zavtar əl-Qarbiya kəndlərində həyata keçirilir.
ABŞ bildirib ki, bu addımlar bölgədə nəzarətin Livan dövlət qurumlarına qaytarılması məqsədi daşıyır.
23:52 20.07.2026
Oxunuş sayı: 63