Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan vəzifəsini tərk edir
Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyanın vəzifəsindən ayrılacağı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Joxovurd” nəşrinin məlumatına görə, Arutyunyan artıq istefa ərizəsi yazıb. Məlumata görə, onun yerini Ermənistanın ABŞ-dəki keçmiş səfiri və hazırda baş nazirin müşaviri olan Lilit Makunts tuta bilər.
Qeyd edək ki, daha əvvəl mətbuatda Araik Arutyunyanın həbs edilən “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri Qaqik Tsarukyanın yerinə Milli Olimpiya Komitəsinə rəhbər təyin olunacağı barədə məlumatlar yayılmışdı.
23:44 20.07.2026
Oxunuş sayı: 60