Rusiya İtaliyanın Moskvadakı hərbi attaşesini ölkədən çıxarıb
Rusiya İtaliyanın Moskvadakı hərbi attaşesini və onun əməkdaşını ölkədən çıxarıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani məlumat verib.
Nazirin sözlərinə görə, Rusiya tərəfi italiyalı diplomatlara qarşı belə bir qərar qəbul edib. Hadisənin səbəbləri və digər detallarla bağlı əlavə məlumat verilməyib.
22:44 20.07.2026
Oxunuş sayı: 71