HƏMAS öldürülən Sinvarın yerinə yeni lider seçib
Fələstinin HƏMAS hərəkatı siyasi bürosuna yeni rəhbər seçib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, HƏMAS liderlərindən Xəlil əl-Hayya hərəkatın siyasi bürosunun yeni rəhbəri olub.
O, İsrail zərbəsi nəticəsində öldürüldüyü bildirilən Yəhya Sinvarın yerinə bu vəzifəyə gətirilib.
HƏMAS tərəfindən verilən qərar hərəkatın gələcək siyasi xəttinin formalaşması baxımından mühüm addım kimi qiymətləndirilir.
21:30 20.07.2026
Oxunuş sayı: 82