Husilərdən Riyada təhdid: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edilib
Yəməndəki husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini açıqlayıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Husilərin bəyanatında bildirilib ki, qərar Səudiyyə Ərəbistanına məxsus və ya onunla əlaqəli dəniz daşımalarına təsir göstərəcək.
Blokadanın detalları və onun necə həyata keçiriləcəyi barədə əlavə məlumat verilməyib. Hadisə Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda baş verib.
21:06 20.07.2026
Oxunuş sayı: 61