Ukrayna Rusiyanın "kölgə donanması"nın 7 gəmisini vurduğunu bildirib
Ukrayna Rusiyanın ˝kölgə donanması˝ ilə əlaqəli 7 gəminin hədəfə alındığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücuma məruz qalan gəmilər arasında 3 tanker və 4 quru yük gəmisi olub. Bildirilir ki, əməliyyatlar Qara dəniz və Azov dənizinin akvatoriyalarında həyata keçirilib.
Ukrayna bu addımın Rusiyanın dəniz yolu ilə həyata keçirdiyi logistika və enerji daşımalarına qarşı yönəldiyini iddia edib. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
20:08 20.07.2026
Oxunuş sayı: 67