Britaniyanın yeni dövrü: Rusiyanın adı belə çəkilmədi
Böyük Britaniyanın yeni baş naziri Endi Börnhəm hökumət başçısı kimi ilk çıxışını edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siyasətçi Dauninq-stritdəki baş nazir iqamətgahının qarşısında etdiyi çıxış zamanı yalnız ölkədaxili sabitlik və iqtisadi islahatlar mövzularına toxunub.
Bildirilib ki, Börnhəm çıxışında Rusiya və xarici siyasətlə bağlı məsələlərə yer verməyib. Onun əsas diqqəti Böyük Britaniyanın daxili problemlərinin həlli və iqtisadi dəyişikliklərə yönəlib.
19:24 20.07.2026
Oxunuş sayı: 58