İspaniya millisi Trampı uzaqlaşdırıb dünya çempionluğu fotosu çəkdi
İspaniya milli komandası dünya çempionatının kubokunu qazandıqdan sonra ABŞ Prezidenti Donald Trampın olmadığı fotoşəkil yayımlayıb.
Crossmedia.az xəbər verir ki, “Independent” qəzetinin məlumatına görə, mükafatlandırma mərasimindən sonra FİFA prezidenti Canni İnfantino Trampı podiumdan uzaqlaşdırmağa çalışıb. Lakin ABŞ lideri podiuma digər tərəfdən yaxınlaşaraq futbolçuların yanında dayanıb.
Bildirilib ki, Tramp bir müddət podiumda qalmaqda israr edib. Daha sonra İspaniya millisinin paylaşdığı fotoda onun yer almadığı diqqət çəkib.
19:16 20.07.2026
Oxunuş sayı: 70