Belqorodda baş verən terror aktı ilə bağlı cinayət işi açılıb
Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində sərnişin avtobusuna hücumu ilə bağlı terror aktı maddəsi ilə cinayət işi başladıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun məlumatına görə, hadisə nəticəsində sərnişin avtobusu atəşə tutulub. İstintaqçılar hücumun bütün hallarını araşdırır və hadisəyə görə məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.
İstintaq Komitəsi baş verənləri terror aktı kimi qiymətləndirib.
18:41 20.07.2026
Oxunuş sayı: 64