Buna göz yuma bilmərik – Polşalı nazir ukraynalıları hədələyib
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkədə yaşayan Ukrayna vətəndaşlarını Polşa qanunlarına riayət etməyə çağırıb və Kiyevin bu istiqamətdə öz vətəndaşlarına açıq mesaj verməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Nazir bildirib ki, biz buna biganə qala bilmərik və Polşa qanunlarını pozan əcnəbiləri deportasiya gözləyə bilər.
O, buna misal olaraq, ukraynalı bloqerin Tatra Milli Parkının ərazisində yerləşən Morske-Oko gölünə avtomobillərin hərəkətinə qadağa qoyulmuş yolla avtomobillə daxil olmasını göstərib. Nazirin sözlərinə görə, bu cür hallar qanun pozuntusudur və məsuliyyət yaradır.
18:32 20.07.2026
Oxunuş sayı: 57