Krımda mobil rabitə problemlərinə görə taksofonlar quraşdırılır
Krımda mobil rabitədə yaranan fasilələr fonunda taksofonların quraşdırılmasına başlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə işğal altındakı Yevpatoriya şəhərinin administrasiyası məlumat yayıb.
Bildirilib ki, taksofonlar mobil rabitənin işləmədiyi hallarda sakinlərin əlaqə saxlaya bilməsi üçün quraşdırılır.
Məlumata görə, taksofonların quraşdırılmasına Cankoy şəhərində də başlanılıb.
09:38 20.07.2026
Oxunuş sayı: 55