Putin: Rusiya KXDR hərbçilərinin şücaətini unutmayacaq
Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin azad edilməsində iştirak edən KXDR hərbçilərinin göstərdiyi şücaət və igidliyin Rusiya xalqı tərəfindən heç vaxt unudulmayacağını bildirib.
Crossmedia.az Kremlin saytına istinadən xəbər verir ki, Putin bu fikri KXDR-in xarici işlər naziri Çoi Sonq Hui ilə görüşü zamanı səsləndirib.
Rusiya lideri Şimali Koreya hərbçilərinin xidmətini yüksək qiymətləndirərək onlara minnətdarlığını ifadə edib.
21:07 19.07.2026
Oxunuş sayı: 79