Bloomberg: Süni intellekt dövlət büdcələri üçün risk yarada bilər
Süni intellektin sürətli inkişafı fonunda əsas təhlükə "ağıllı maşınlar" deyil, bir çox ölkələrin büdcəsinin əsasını təşkil edən gəlir vergisi sisteminin zəifləməsi ola bilər.
Crossmedia.az "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, süni intellekt yüksək maaşlı peşələrdə çalışan insanların bir hissəsini əvəz etdikcə vergi daxilolmaları azala, işsizlik müavinətləri, yenidən ixtisaslaşdırma və sosial dəstək xərcləri isə arta bilər.
Nəşrin yazdığına görə, süni intellekt artıq əmək bazarına təsir göstərir və proqramlaşdırma da daxil olmaqla bir sıra peşələr avtomatlaşdırma baxımından ən həssas sahələrdən birinə çevrilib.
23:15 19.07.2026
Oxunuş sayı: 69