Hakan Fidan ABŞ-İran razılaşmasına qayıdışa çağırıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə səfəri zamanı ABŞ və İran arasında gərginliyin artmasının daha ciddi problemlərə səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Fidan Qətər televiziyasına açıqlamasında hazırda infrastruktura hücumların baş verdiyini qeyd edərək, Tehran və Vaşinqtonun ən qısa zamanda yenidən razılaşmaya qayıtmasının vacibliyini vurğulayıb.
Nazir həmçinin bildirib ki, daha əvvəl Pakistanın vasitəçiliyi, Qətərin fəal dəstəyi və Türkiyənin iştirakı ilə memorandum hazırlanmışdı, lakin sonradan bu prosesdən uzaqlaşma baş verib və həmin razılaşmaya yenidən qayıtmaq lazımdır.
20:25 19.07.2026
Oxunuş sayı: 81