Braziliya DÇ-2026 ilə bağlı BMT və FİFA-ya şikayət edib
Braziliya hökuməti Prezident Luiz İnasio Lula da Silvanın rəhbərliyi ilə DÇ-2026 zamanı baş verdiyi iddia olunan irqçilik halları ilə əlaqədar BMT və FİFA-ya şikayət ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, Globonun məlumatına görə, Braziliya tərəfi bu cür halların qarşısının alınması, araşdırılması və təqsirkarların cəzalandırılması üçün tədbirlərin görülməsini tələb edib. Bununla belə, şikayətdə konkret insidentlər açıqlanmayıb.
Braziliya millisi DÇ-2026-da 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
22:59 19.07.2026
Oxunuş sayı: 85