Ekspert: Kiyevin müdafiəsi çətinləşə bilər
Ukraynanın Razumkov Mərkəzinin enerji proqramları üzrə direktoru Vladimir Omelçenko Rusiyanın zərbələrinin intensivliyinin Kiyevin təhlükəsizliyini təmin etməyi çətinləşdirə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, ekspertin sözlərinə görə, hücumlar paytaxt bölgəsində cəmləşərsə, Kiyevi qorumaq çox çətin olacaq. O əlavə edib ki, qış aylarında enerji infrastrukturuna zərbələr endiriləcəyi təqdirdə vəziyyət daha da mürəkkəbləşə bilər.
Rusiya Müdafiə Nazirliyi və Ukrayna tərəfi son hücumlarla bağlı fərqli məlumatlar açıqlayır. Müstəqil mənbələr bu iddiaları tam şəkildə təsdiqləməyib.
19:49 19.07.2026
Oxunuş sayı: 83