Putin KXDR XİN başçısı ilə görüşür
Rusiya Prezidenti Vladimir Putin Kremldə Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Çoi Sonq Hui ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin görüş zamanı KXDR lideri Kim Çen Ina ən səmimi salamlarını və xoş arzularını çatdırıb.
Görüşün gündəliyi ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
20:01 19.07.2026
Oxunuş sayı: 111