Tver "Qızıl Halqa" marşrutuna daxil edilib
Rusiyanın Tver şəhəri rəsmi olaraq "Qızıl Halqa" turizm marşrutunun tərkibinə daxil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tver vilayətinin qubernator səlahiyyətlərini icra edən Vitali Korolyov Şəhər Günü münasibətilə keçirilən tədbirdə məlumat verib. Onun sözlərinə görə, qərar federal səviyyədə qəbul olunub.
Korolyov bildirib ki, yeni status şəhərdə turizmin, iqtisadiyyatın və infrastrukturun inkişafına, həmçinin sakinlərin həyat keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.
19:35 19.07.2026
Oxunuş sayı: 84