Rusiya: Kiyev yaxınlığındakı iri logistika mərkəzi məhv edilib
Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətində yerləşən iri logistika mərkəzinə zərbə endirildiyini və obyektin məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Strana.ua" bu barədə məlumat yayıb.
Məlumata görə, söhbət sahəsi 100 min kvadratmetrdən çox olan Amtel logistika kompleksindən gedir. Nəşr bildirir ki, raket zərbəsi nəticəsində kompleks tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin mətbuat xidməti də obyektə dəyən ziyanın görüntülərini yayımlayıb.
Açıq mənbələrdə yer alan məlumata əsasən, logistika kompleksi 2024-cü ildə Xersonda qeydiyyatdan keçmiş "Gistion" şirkəti tərəfindən alınıb.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, həmin anbar uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsalı üçün nəzərdə tutulan komponentlərin saxlanılması, yığılması və paylanması məqsədilə istifadə olunurdu.
17:39 19.07.2026
Oxunuş sayı: 71