Moskvanın iki hava limanında 26 reys gecikib
Moskvanın Vnukovo və Domodedovo hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən azı 26 aviareys gecikib.
Crossmedia.az xəbər verir ki, "Ostorojno, Moskva" "Telegram" kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, Vnukovo hava limanında məhdudiyyətlər yerli vaxtla saat 11:46-dan qüvvədədir. Burada iki yola düşmə və 14 eniş reysi gecikib.
Bundan əlavə, Yakutsk, Sankt-Peterburq və Maqnitoqorsk istiqamətləri də daxil olmaqla dörd reys ləğv edilib. Bəzi təyyarələr isə alternativ hava limanlarına yönləndirilib. Belə ki, Dubaydan Moskvaya uçan FZ 989 reysi paytaxt əvəzinə İslamabadda eniş edib.
Domodedovo hava limanında isə 10 eniş reysinin gecikdiyi bildirilir. Məhdudiyyətlərin səbəbi və onların nə vaxt aradan qaldırılacağı barədə rəsmi məlumat verilməyib.
17:26 19.07.2026
Oxunuş sayı: 66