Hindistanda daşqınlar nəticəsində 12 nəfər ölüb
Hindistanın Cammu və Kəşmir ştatında güclü leysan yağışları nəticəsində yaranan daşqınlar azı 12 nəfərin ölümünə səbəb olub.
Crossmedia.az xəbər verir ki, “The Indian Express”in məlumatına görə, bölgədə yağıntıların yaratdığı sel fəlakəti genişmiqyaslı dağıntılara yol açıb.
Qeyd olunur ki, bu ərazidə bu cür təbii fəlakətlər vaxtaşırı baş verir. Ötən ilin yayında da baş verən daşqınlar nəticəsində onlarla insan həyatını itirmişdi.
15:48 19.07.2026
Oxunuş sayı: 73